Ukraynaya daha 1 milyard avro yardım verildi

Ukraynaya daha 1 milyard avro yardım verildi
Avropa İttifaqı Şurası Ukraynaya 1 milyard avro məbləğində yardımı təsdiqləyib.
Ukrayna KİV xəbər verir ki, bu vəsait Ukraynaya döyüş sursatlarının ötürülməsi ilə bağlı xərclərin ödənilməsinə yönəldiləcək.
"Bu gün Aİ Şurası Ukrayna Silahlı Qüvvələrinə dəstək məqsədilə Avropa Sülh Fondu (EPF) çərçivəsində 1 milyard avro məbləğində yardım tədbiri qəbul edib. Bu tədbir Aİ-yə üzv dövlətlərə mövcud ehtiyatlardan Ukraynaya ötürülən döyüş sursatlarının xərclərini ödəməyə imkan verəcək", - deyə məlumatda qeyd olunub.
Beləliklə, Avropa Sülh Fondunun xətti ilə Ukraynaya verilən ümumi yardım 4,6 milyard avroya yüksəlib.
Gundelik-Baku.Org