Aİ Ukraynaya 18 milyard avro ayırdı

Aİ Ukraynaya 18 milyard avro ayırdı
Ukrayna və Avropa İttifaqı (Aİ) Kiyevə 18 milyard avro məbləğində yardım göstərilməsi haqqında memorandum imzalayıblar.
Bu barədə Ukraynanın baş naziri Denis Şmıqal açıqlayıb. 
"Ukrayna və Aİ indicə 18 milyard avroluq makro-maliyyə yardımının göstərilməsi ilə bağlı anlaşma memorandumu imzaladılar", - deyə nazir yazıb. 
Onun sözlərinə görə, Kiyev bu həftə üç milyard avroluq ilk tranşı alacaq.
Ukraynanın baş naziri vurğulayıb ki, alınan vəsait Ukraynaya makroiqtisadi sabitliyi qoruyub saxlamağa imkan verəcək.
Gundelik-Baku.Org