Ukraynaya 2 milyardlıq yeni yardım paketi

Ukraynaya 2 milyardlıq yeni yardım paketi
Birləşmiş Ştatlar Ukrayna üçün daha 2 milyard dollarlıq hərbi yardım paketi hazırlayır.
"Bloomberg" xəbər verir ki, bu paketə uzaqmənzilli artilleriya və sursat daxildir.
Bir gün əvvəl Bayden bildirib ki, o, Ukrayna prezidenti Vladimir Zelenski ilə Ukraynaya əlavə silah tədarükü məsələsini müzakirə etməyi planlaşdırır. Daha sonra Amerika prezidentinin hazırda "F-16" qırıcılarının Ukraynaya təhvil verilməsi imkanını nəzərdən keçirmədiyi aydınlaşıb.
Gundelik-Baku.Org