Oğluna yemək saxlamayan ata onu öldürdü

Oğluna yemək saxlamayan ata onu öldürdü
Hindistanın Karnataka ştatının sakini bütöv bir toyuğu yeyib, sonra isə buna qəzəblənən oğlunu öldürüb.
Xarici media xəbər verir ki, 32 yaşlı Şivaram evə qayıdanda atası Şinanın bütöv toyuğu yediyini və ona heç nə saxlamadığını görüb. Buna görə də oğul narazılığını bildirib və aralarında sözlü mübahisə başlayıb.
Sonda Şina əsəbiləşərək taxta dəyənəyi götürüb və oğlunu vurub. Nəticədə o, dünyasını dəyişib.
Hadisə yerinə gələn polis qatili həbs edib. Mərhumun həyat yoldaşı və iki övladı qalıb.
Gundelik-Baku.Org