Oğul anasını qantellə öldürdü - Polis axtarır

Oğul anasını qantellə öldürdü - Polis axtarır
Rusiyanın Moskva vilayətində ruhi xəstə oğul anasını amansızlıqla öldürüb.
Yerli media bildirir ki, bu barədə qadının əri polisə müraciətində bildirib. Onun sözlərinə görə, 67 yaşlı arvadı ruhi xəstə olan 38 yaşlı oğlunun yanına gedib və bir daha geri qayıtmayıb.
Həmin evə baxış zamanı qadının meyiti oğlunun mənzilində tapılıb. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, kişi anasını qantellə vurub. Nəticədə qadın ölüb, oğlu isə cinayət yerindən qaçıb.
Hazırda qatilin axtarışları davam etdirilir.
Gundelik-Baku.Org