Yataq xəstəsi olan bacısına "kislota" içirib öldürdü

Yataq xəstəsi olan bacısına "kislota" içirib öldürdü
Türkiyədə qardaş bacısını öldürüb.
Yerli media xəbər verir ki, hadisə Muğla vilayətinin Menteşe qəsəbəsində qeydə alınıb. 60 yaşlı Uğur Öner 63 yaşlı bacısı, alzheimer xəstəsi olan Canan Önerə sulfat turşusu içirərək öldürüb.
Daha sonra o, təcili tibbi yardıma zəng edib. Hadisə yerinə gələn həkimlər yataq xəstəsi olan qadının öldüyünü müəyyən ediblər. Faktla əlaqədar Uğur. Ö saxlanılıb. O, əvvəlcə polisə verdiyi ifadədə 10 ildir yataq xəstəsi olan bacısına baxmaqdan bezdiyini və buna görə onu öldürdüyünü deyib. Ancaq prokurorluqda isə polisə verdiyi ifadəni təkzib edərək, şokda olduğu üçün belə dediyini dilə gətirib.
Gundelik-Baku.Org