Kəpəz qəsəbəsində usta 21 güllə ilə öldürüldü

Kəpəz qəsəbəsində usta 21 güllə ilə öldürüldü
Türkiyədə qətl hadisəsi olub.
Yerli media bildirir ki, hadisə Antalyada, Kəpəzqəsəbəsində baş verib. Burada bir inşaatda usta işləyən 41 yaşlı Ömər Sərt işdən sonra avtomobili ilə gedərkən 38 yaşlı Rıdvan Akın avtomobillə onun qarşısını kəsib.
Məlumata görə, Ömər Sərtin Akının bacısı ilə münasibəti olub. Bu səbəblə tərəflər arasında mübahisə yaşanıb. Mübahisə böyüyəndə Akın silahla atəş açmağa başlayıb. Bu zaman Ömər Sərt qaçıb. Lakin qarşı tərəf onu arxadan güllələyərək öldürüb.
Hadisə yerinə gələn təcili tibbi yardım briqadası ölən şəxsin cəsədində 21 güllə izi aşkar ediblər.
Cinayətkar polis əməkdaşları tərəfindən saxlanılıb.
Gundelik-Baku.Org