Anasını güllələyən yeniyetmə 2 polisi öldürdü - Sonra intihar etdi

Anasını güllələyən yeniyetmə 2 polisi öldürdü - Sonra intihar etdi
Kanadanın Edmonton şəhərində qorxunc hadisə baş verib.
 
Xarici medianın məlumatına görə, 16 yaşlı yeniyetmə anasını güllələyib. O, hadisə yerinə gələn 2 polisi öldürüb, sonra isə özünü vuraraq intihar edib.
Xəstəxanaya çatdırılan qadının vəziyyəti ağır, lakin stabildir.
Kanadanın baş naziri Castin Trüdo hadisə ilə bağlı başsağlığı mesajı yayıb.
Gundelik-Baku.Org