Ana və 12 yaşlı oğlunu hamamda öldürüb yandırdılar

Ana və 12 yaşlı oğlunu hamamda öldürüb yandırdılar
Rusiyada ana və onun 4-cü sinif şagirdi olan 12 yaşlı oğlu hamamda öldürülərək yandırılıb.
Yerli KİV xəbər verir ki, hadisə Udmurtiyada baş verib. Ölənlərin cəsədlərinin tədqiqi zamanı mütəxəssislər qadının və uşağının kəllə-beyin travması səbəbindən dünyasını dəyişdiyini müəyyən ediblər.
İstintaqın məlumatına görə, rusiyalı qadın, onun nikahlı əri və oğlu Lyukşudya kəndində fərdi evdə yaşayıb. Faciə baş verən gün qadının həyat yoldaşı işdə olub.
Ölən qadının sağlığında spirtli içki qəbul etdiyi məlum olub.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ana və uşağı kimin öldürdüyünü öyrənməyə çalışırlar.
Gundelik-Baku.Org