Tramp həbsdə olsa belə prezident seçkilərində iştirak edə biləcək

Tramp həbsdə olsa belə prezident seçkilərində iştirak edə biləcək
ABŞ-nin keçmiş prezidenti Donald Tramp hətta həbsdə olarkən də 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edə biləcək. 
Bu barədə "Politico" qəzeti məlumat dərc edib.
"Ali Məhkəmə qərar verdi ki, federal vəzifəyə namizəd olmaq üçün yeganə tələblər Konstitusiyanın tələbləridir", - deyə hüquqşünas Eugene Mazo bildirib. 
Onun sözlərinə görə, Tramp ruhi xəstə olsa belə, ölkə prezidentliyinə namizədliyini irəli sürə biləcək. Federal hökm, digər məsələlərlə yanaşı, onun prezidentlik yarışında iştirakına mane ola bilməyəcək.
Gundelik-Baku.Org