Tramp Ukraynadakı münaqişəni bir günə həll edə biləcəyini açıqlayıb

Tramp Ukraynadakı münaqişəni bir günə həll edə biləcəyini açıqlayıb
ABŞ-nin keçmiş prezidenti Donald Tramp bildirib ki, Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail ola bilər.
“İndi mən ABŞ-nin prezidenti olsaydım 24 saat ərzində bu dəhşətli müharibənin sona çatması ilə bağlı danışıqlar apara bilərdim”, - deyə o bildirib.
Qeyd edək ki, buna qədər Tramp ABŞ-nin hazırkı Prezidenti Co Bayden administrasiyasının Ukrayna ilə bağlı hərəkətlərini şərh edərkən bəyan etmişdi ki, Kiyevə milyonlarla dollarlıq yardım göndərilməməli, münaqişəyə razılaşma ilə son qoyulmalıdır.
Bundan əlavə, Tramp ABŞ-nin hərəkətlərinə görə Ukraynadakı münaqişənin dünya müharibəsinə gətirib çıxara biləcəyini bildirib.
Mənbə: TASS
Gundelik-Baku.Org