Tramp tezliklə “mühüm bəyanat” verəcəyini açıqladı

Tramp tezliklə “mühüm bəyanat” verəcəyini açıqladı
ABŞ-nin keçmiş prezidenti Donald Tramp noyabrın 15-də Florida ştatında yerləşən özünün Mar-a-Laqo iqamətgahında “vacib bəyanat” verməyə hazırlaşır.
O, bu barədə Ohayoda tərəfdarları qarşısında keçirilən mitinqdə çıxış edərkən bildirib.
Trampın sözlərinə görə, noyabrın 8-də keçirilən aralıq seçkiləri “ölkənin xilası” ola bilər.
Bu seçkilərdə Respublikaçılar Partiyasının nümayəndələrinin ABŞ Konqresinin hər iki palatasında səs çoxluğu qazana biləcəyi proqnozlaşdırılır.
“Mən noyabrın 15-də Florida ştatının Palm-Biç şəhərindəki Mar-a-Laqoda çox vacib bir bəyanat verəcəyəm”, - deyə ABŞ-nin 45-ci prezidenti qeyd edib.
Daha əvvəl Trampın aralıq seçkilərindən sonra Ağ Evə namizədliyini irəli sürmək planlarını açıqlayacağı gözlənilirdi. Amerika mediasındakı bəzi mənbələr noyabrın 14-ü belə bir bəyanatın verilə biləcəyini ehtimal edir.
Mənbə: TASS
Gundelik-Baku.Org