"FTB Baydenin evlərində axtarış aparmalıdır" - Tramp

"FTB Baydenin evlərində axtarış aparmalıdır" - Tramp
Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları dövlət başçısı Co Baydenin evlərində və Ağ Evdə axtarış aparmalıdırlar.
Bu barədə  ABŞ-ın keçmiş prezidenti Donald Tramp özünün “Coward Social” sosial şəbəkəsində yazıb. 
"FTB nə vaxt Co Baydenin evlərində, hətta Ağ Evdə də axtarış aparacaq?" , - deyə o, qeyd edib. 
Bundan əvvəl "CBS News" məlumat yaymışdı ki, ABŞ-ın hazırkı rəhbərinin 2009-2017-ci illərdə vitse-prezident olduğu dövrə aid məxfi sənədlər Co Baydenin beyin mərkəzi olan Bayden Penn Mərkəzinin binasında tapılıb.
Qeyd edək ki, 8 avqust 2022-ci ildə keçmiş ABŞ prezidenti Donald Trampın Mar-a-Laqodakı malikanəsində də axtarışlar aparılıb. Həmin ilin may ayında siyasətçinin könüllü olaraq ABŞ Milli Arxivinə qaytardığı sənədlərdə məxfi məlumatlar var idi. Daha sonra Trampa qarşı araşdırmalar başlayıb.
Gundelik-Baku.Org