Trampın qızı livanlı milyarderlə evləndi

Trampın qızı livanlı milyarderlə evləndi
ABŞ-nin sabiq Prezidenti Donald Trampın kiçik qızı Tiffani Tramp livanlı milyarder Maykl Bulosla evlənib.
Floridada Mara-Laqo adlı malikanədə baş tutan toyda Donald Trampla Melania rəqs edərkən görüntülənib.
29 yaşlı Tiffaninin nikahında Donald Ceyer Erik Tramp və İvanka Tramp da yer alıb. İvankanın oğlu Barron Tramp da gecədə iştirak edib.
Media tərəfindən daha az tanınan Tiffani Donaldın ikinci həyat yoldaşı Marla Mapleslə olan evliliyindən dünyaya gələn yeganə övladıdır.
Gəlin livanlı modelyer Eli Saab imzalı parlaq və uzunqollu bir gəlinlik geyinib, o daha sonra libasını dəyişib.
Qeyd edək ki, 25 yaşlı Maykl Bulos atasının milyard dollarlıq metal biznesinin varisidir. Cütlük 2018-ci ildə Lindsi Lohanın Mikonosdakı klubunda tanış olublar. Ötən ilin yanvarında isə nişanlanıblar.
Gundelik-Baku.Org