Trampın məhkəməyə çağırış vərəqəsi ləğv olundu: İfadə verməyəcək

Trampın məhkəməyə çağırış vərəqəsi ləğv olundu: İfadə verməyəcək
ABŞ-nin keçmiş prezidenti Donald Tramp Kapitoliyə hücumla bağlı ifadə verməyəcək.
Onun çağırış vərəqəsi geri götürülüb.
ABŞ Konqresinin Nümayəndələr Palatasının 6 yanvar 2021-ci ildə Kapitoliyə hücumla bağlı vəziyyəti araşdıran xüsusi komitəsi bunu işin başa çatması ilə əlaqələndirib.
Bu barədə CNN telekanalı məlumat yayıb.
Telekanal komitə sədri, demokrat Benni Tompsonun keçmiş ABŞ liderinin vəkilinə göndərdiyi məktubla tanış olub.
“Araşdırma yaxın zamanda başa çatacaq və buna görə də xüsusi komitə artıq çağırış vərəqəsində bəhs edilən məsələlərlə bağlı konkret məlumatları sorğulaya bilməz. Buna görə də mən keçmiş prezident Trampa verilmiş çağırış vərəqəsini rəsmi olaraq ləğv edirəm. Nəzərinizə çatdırıram ki, Tramp artıq bu çağırış vərəqəsinə tabe olmalı deyil, həmçinin sənədləri təqdim etmək məcburiyyətində də deyil”, - məktubda qeyd edilir.
Gundelik-Baku.Org