Ermənistanda əsgər komandirini güllələdi

Ermənistanda əsgər komandirini güllələdi
Ermənistanın Zəngəzurdakı hərbi postlarının birində atışma baş verib. 
Bu barədə erməni KİV-lərində məlumat qeyd olunub. 
Bildirilib ki, sıravi əsgərlərdən biri komandiri ilə münaqişə edərkən onu ayağından vurub, sonra isə özünə xəsarət yetirib.
Daha sonra əsgər və komandir xəstəxanaya aparılıb. Faktla bağlı Ermənistan Müdafiə Nazirliyi açıqlama yaymayıb. 
Gundelik-Baku.Org