Rusiyanın bu vilayətinə giriş-çıxış bağlandı...

Rusiyanın bu vilayətinə giriş-çıxış bağlandı...
"Rusiya ərazisində qismən səfərbərlik elan edilib. Orada repressiv tədbirlər sərtləşdirilir.
Xüsusilə, Rostov vilayətinə artıq giriş-çıxış üçün bağlanıb".
Moderator.az  "Qazeta" nəşrinə istinadla xəbər verir ki, bu barədə sentyabrın 26-da səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Yaşayış yerində yox, başqa yerdə qeydiyyatda olan şəxslərə qohumları vasitəsilə 3 gün ərzində gəlmələri tapşırılıb.
"Belqorod vilayətindəki toplanış məntəqələrinə gələn vətəndaşlara öz vəsaitləri hesabına alınması lazım olan əşyaların siyahısı açıqlanır. Xüsusən isti paltarlara ehtiyac yoxdur. Düşmən də bu işləri, həmçinin, Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində həyata keçirir. Sentyabrın 24-dən etibarən Sevastopolda Qara dəniz avtomobil batalyonu donanmasının bazasında səfərbər olunmuşların hazırlanmasına başlanılıb”, - məlumatda belə deyilir.
Həmçinin, məlumat var ki, Luqansk vilayətinin Svatovo şəhərində 18 yaşına çatmış hər kəsə səfərbərlik vərəqələri verilir. Ayrı-ayrı vətəndaşlar, xüsusən də yük maşınlarının sürücüləri dərhal hərbi hissələrə göndərilir.
Dağıstanda Rusiya hakimiyyətinin sentyabrın 21-də tətbiq etdiyi səfərbərliyə qarşı etirazlar alovlanır. O cümlədən Mahaçqalada artıq etiraz aksiyası başlayıb. İnsanlar qətiyyətlidir və yerli hüquq-mühafizə orqanlarının əməkdaşları isə artıq nəzərəçarpacaq dərəcədə əsəbidir...
Rusiya milli idman komandalarının təlim-məşq toplanışında və yarışlarda iştirak etmək üçün Rusiya Federasiyasını tərk etməsinə qadağa qoyulub...
Gundelik-Baku.Org