Zelenskidən Türkiyə ilə bağlı diqqətçəkən paylaşım - Foto

Zelenskidən Türkiyə ilə bağlı diqqətçəkən paylaşım - Foto
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin Bartın şəhərində kömür mədənində baş verən partlayışla bağlı başsağlığı verib.
Zelenski bu barədə öz rəsmi tviter hesabında türk dilində paylaşım edib. 
Onun bu paylaşımı məhz türk dilində etməsi izləyicilərin diqqətçini çəkib, təqdir edilib.
“Bartının Amasra bölgəsində mədəndə partlayışın baş verməsi xəbərini dərin kədərlə öyrəndim. Həlak olanların qohumlarına və yaxınlarına başsağlığımı çatdırıram, yaralıların isə tezliklə sağalmasını diləyirəm”, - deyə Zelenski qeyd edib.
Xatırladaq ki, dünən Bartında axşam saatlarında baş verən hadisə nəticəsində 28 nəfər həlak olub. Hazırda 15 işçinin xilas edilməsi istiqamətində işlər davam etdirilir. Xilas edilən 58 mədənçinin 11-nin isə xəstəxanalarda müalicəsi davam edir.

Gundelik-Baku.Org