DİQQƏT! Bu içkilərdən uzaq durun

DİQQƏT! Bu içkilərdən uzaq durun
Şəkərli içkilər eyni kalorili içkilərdən daha təhlükəlidir. 
Xarici mətbuat xəbər verir ki, dietoloq Svetlana Pavliçenko bildirib ki, şəkərli içkilər tez-tez piylənməyə səbəb olur.
Onun sözlərinə görə, piylənmə bütün orqan və sistemlərin, xüsusən də qaraciyərin normal fəaliyyətini pozur:
“Şəkərli içkilər metabolik sindromun inkişafına və qan təzyiqinin artmasına səbəb olur. Piylənmə ürək xəstəliklərinin inkişafına gətirib çıxarır, bəzi xərçəng növlərini və şəkərli diabeti təhrik edir. Araşdırmalar göstərir ki, şəkərlə zənginləşdirilmiş içkilər təkcə piylənmə riskini deyil, həm də hipertoniya, insulin müqaviməti, yağlı hepatoz, dislipidemiya, II tip diabet və kariyes riskini də artırır”.
Gundelik-Baku.Org