DİQQƏT! Üzünüzü yuyanda bu səhvləri etməyin

DİQQƏT! Üzünüzü yuyanda bu səhvləri etməyin
Dermatologiya və estetika üzrə ixtisaslaşmış həkim Emma Koulman üz yuyarkən əsas səhvləri adlandırıb. 
Xarici mətbuat xəbər verir ki, ilk növbədə mütəxəssis prosedurdan sonra eyni dəsmaldan istifadə etməməyi tövsiyə edib. 
Onun sözlərinə görə, eyni dəsmaldan bir neçə gün ərzində istifadə etmək bakteriyaların yaranmasına səbəb olur.
“Üzü həddindən artıq isti su ilə yumaq sızanaqların yaranmasına da səbəb olur. Çox soyuq ilə yumaq isə dəridə quruluğa səbəb olur”.
Gundelik-Baku.Org