Hər gün qara çay içsəniz, orqanizmdə nə baş verər?

Hər gün qara çay içsəniz, orqanizmdə nə baş verər?
Hər gün qara çay içməyin orqanizm üçün təsirləri açıqlanıb. 
Bu barədə “The List” portalı məlumat yayıb. 
Onları təqdim edirik: 
Çay ağız qoxusunu aradan qaldırır
Qara çayda olan polifenollar ağız qoxusuna səbəb olan bakteriyaları öldürür. Çayın bu təsirini hələ 2003-cü ildə İllinoys Universitetinin tədqiqatçıları təsdiq edib.  Çayda olan polifenollar üç növ bakteriyanın böyüməsini 30 faiz ləngitdiyi aşkar edilib. 
Çəki atmasının qarşısını alır
Çay iştahı azaldan qidalardan biridir. Bu da arıqlamaq üçün yaxşı alternativdir. Amma arıqlamaq istəyənlər çalışıb çayı süd və şəkərlə içməsin. 
İnfeksiyaların inkişafının qarşısını alır
Həkim Mayk Golpa deyir ki, gündə bir-iki fincan qara çay ağız yoluxucu xəstəliklərin qarşısını almağa kömək edir. Ağız qoxusuna qarşı mübarizə aparan polifenollar, həmçinin boğaz ağrısına səbəb ola biləcək bakteriyalarla da mübarizə aparır. Buna görə də boğaz ağrısı üçün qara çaydan istifadə yaxşı seçimlərdən biridir. 
Bundan əlavə, qara çay şəkər xəstəliyinə nəzarət etməyə də kömək edir. 
 “Şəkərli diabetin müalicəsində qara çay polisaxaridindən istifadə potensialı var”, - aparıcı Haixia Çen bildirib.
Kariyesin inkişaf riskini azaldır
Dişlərdə kariyes boşluğunun yaranmasının qarşısını almaq üçün qara çay çox effektivdir. Qara çay flüor mənbəyidir. Flüor digər çayın tərkibindəki tannik turşuları ilə birləşdikdə diş dibləri güclənir və kariyes boşluqlarını aradan qaldırır. 
 
Gundelik-Baku.Org