Stresi yox edən QİDALAR

Stresi yox edən QİDALAR
Stress həyatımızn bir parçasıdır.
Xarici mətbuat xəbər verir ki, mütəxəssislər stresi aradan qaldıran qidaların adını açıqlayıblar.
1. Avokado - çox güclü vә faydalı olan antioksidantlarla zәngindir. Eyni zamanda orqanizmi lutein antioksidantı ilә tәmin edir. Gün әrzindә bir iki dilimi kifayәtdir.
2. Çobanyastığı çayı - yatmazdan əvvəl sakitləşdirici bir vasitədir. 10 dəqiqə qaynar suda dəmləndikdən sonra içmək rahatlamağınıza səbəb olar.
3. Qara şokolad - qan təzyiqini salır və rahatladıcı bir təsirə malikdir. Bunun səbəbi şokoladda 2 vacib antioksidantın mövcud olmasıdır. Həftədə bir dəfə rahatlıqla qara şokolad yeməklə çəkinizi də normada saxlaya bilərsiniz.
4. Yaşıl çay - tərkibində teanin adlı amin turşusu mövcuddur. Zehni fəaliyyəti, beyni gücləndirən və arıqlamağa səbəb olan içkidir. Gündə iki fincan içmək tövsiyə olunur.
5. Qaragilә - güclü olan antosian antioksidantı ilә zәngindir. Diqqәt dağınıqlığına qarşı çox faydalıdır.
6. Qoz - zehni inkişafa böyük təsir göstərdiyini bilirik və yaddaşın zəifləməsinə qarşı çox faydalıdır. Omeqa-3, alfa-linol turşusu və başqa polifenollarla zəngindir.
7. Sarımsaq - güclü antioksidant mənbəyidir və təbii antibiotik hesab olunur. İmmun sistemini gücləndirir. Tərkibindəki alisinə görə soyuqlamadan başlayaraq ürək xəstəlikləri və xərçəngə qarşı təsirli bir məhsuldur. Stresin əsas fəsadı immun sisteminin zəiflətməsidir və sarımsaq immuniteti yenidən gücləndirə bilən məhsuldur.
Gundelik-Baku.Org