Kəklikotu çayının bilmədiyimiz faydaları

Kəklikotu çayının bilmədiyimiz faydaları
Kəklikotu çayı adından da göründüyü kimi, kəklikotu bitkisinin yarpaqları ilə dəmlənir.
Ətirli yaşıl-boz kol kimi bitki olan kəklikotunun yarpaqları təzə və ya quru halda istehlak edilir. Cənubi Avropa və Aralıq dənizi regionunda ədviyyat kimi kəklikotunun istifadəsi sıxdır. Kəklikotu çayı da faydalarına görə geniş istifadə olunur. Aparılan araşdırmalar bu bitkinin mikroblarla mübarizə gücünü sübut edib.
Antioksidant xüsusiyyətlərə malik olan kəklikotu gücləndirici, iltihab əleyhinə, ağrı kəsici, bəlğəmgətirici, immuniteti gücləndirən, mikroorqanizmlərə qarşı qoruyucu təsir göstərir. Həzm sisteminə də müsbət təsir edir. Həzmi asanlaşdırır və mədə problemlərinə köməkl olur. Menstrual qanaxmanı tarazlaşdırır və menstrual ağrılarda rahatlaşdırıcı təsir göstərir. Öskürək və yuxarı tənəffüs yollarının iltihabında çay və ağız qarqarası kimi istifadə oluna bilər.
Gundelik-Baku.Org