ABŞ-ın Suriyadakı ikinci bazası atəşə tutulub

ABŞ-ın Suriyadakı ikinci bazası atəşə tutulub
Suriyanın şimal-şərqində gün ərzində ikinci dəfə ABŞ hərbi bazasına raket zərbəsi endirilib.
Bu barədə brifinqdə Pentaqonun sözçüsü Patrik Rayder bildirib
“Hücum nəticəsində şəxsi heyətimiz və koalisiya tərəfdaşlarımız arasında heç bir xəsarət və itki yoxdur. Bu avadanlıq və qurğuların zədələnməsinə də səbəb olmayıb”, - deyə o bildirib.
Rayder əlavə edib ki, raketlərdən biri Amerika qüvvələrinin yerləşdiyi yerdən 5 km aralıda düşüb.
Gundelik-Baku.Org