Son dəqiqə: Ruslar Ukraynanın 11 şəhərini atəşə tutdu

Son dəqiqə: Ruslar Ukraynanın 11 şəhərini atəşə tutdu
Rusiya ordusu son sutka ərzində Ukraynanın 11 bölgəsini atəşə tutub.
Bu barədə Ukrayna Hərbi Media Mərkəzi məlumat yayıb.
Ruslar Ukrayna ərazisinə minaatan, tank, artilleriya, “Qrad” və “Smerç”, “S-300” hava hücumundan müdafiə sistemi ilə zərbələr endirib. Hücumda raket sistemləri və İran pilotsuz uçuş aparatlarından da istifadə edilib.
Ümumilikdə 121 yaşayış məntəqəsi atəşə tutulub, 42 infrastruktur obyektinə ziyan dəyib.
İlkin məlumatlara görə, zərbələr nəticəsində 14 nəfər ölüb, 24 nəfər yaralanıb.
Rusiyanın Ukraynanı növbəti dəfə raket atəşinə tutması nəticəsində Kiyev vilayətində 4 nəfər ölüb. Vilayətin Milli Polis İdarəsinin rəisi Andrey Nebitovun sözlərinə görə, atılan raketlərdən biri beşmərtəbəli yataqxana binasına düşüb. 
Gundelik-Baku.Org