Türkiyənin İraqdakı hərbi bazası raketlərlə hücuma məruz qaldı

Türkiyənin İraqdakı hərbi bazası raketlərlə hücuma məruz qaldı
İraqın şimalındakı Neyva əyalətində yerləşən Türkiyənin Zlikan hərbi bazası raketlərlə hücuma məruz qalıb.
Bu barədə "Shafaq News" saytı məlumat yayıb.
Bildirilir ki, səhər saatlarında bazaya 8-ə yaxın raket atılıb. İraq təhlükəsizlik qüvvələri buraxılış yerinin axtarışına başlayıb.  Atəş nəticəsində ölən və yaralanan yoxdur.
Gundelik-Baku.Org