ABŞ ordusu İrana məxsus PUA-nı vurdu

ABŞ ordusu İrana məxsus PUA-nı vurdu
ABŞ ordusu Suriyadakı Amerika hərbi bazasının ərazisində kəşfiyyat aparan İran istehsalı pilotsuz uçuş aparatını (PUA) vurub.
Bu barədə ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığı məlumat yayıb.
"Suriyadakı ABŞ qüvvələri Konokodakı Suriyanın şimal-şərqindəki patrul bazası missiyasına dəstək obyekti ərazisində kəşfiyyat aparmağa cəhd edən İran istehsalı olan PUA-nı atəşə tutub və vurub", - məlumatda deyilir. 
Hadisə ilə bağlı başqa təfərrüatlar verilməyib.
Gundelik-Baku.Org