Ruslar son sutkada Ukraynanı 27 dəfə bombalayıb

Ruslar son sutkada Ukraynanı 27 dəfə bombalayıb
Ukrayna əsgərləri ötən gün ərzində Kupyansk, Liman, Baxmut, Avdivka və Şaxtyor istiqamətlərində düşmənin 70-ə yaxın hücumunu dəf edib. Rusiya qoşunları əsas hücum səylərini bu istiqamətlərdə cəmləşdirir. 
UNIAN xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, rus hərbçiləri gün ərzində 27 hava hücumu həyata keçirib və raket zərbələri sistemlərindən 75 hücum təşkil edib. 
Baş Qərargah, həmçinin, xəbərdarlıq edib ki, Ukraynanın bütün ərazisində düşmənin raket zərbələri təhlükəsi səviyyəsi yüksək olaraq qalır. 
Gundelik-Baku.Org