Kiyevdə silsilə partlayışlar: 2 nəfər öldü

Kiyevdə silsilə partlayışlar: 2 nəfər öldü
Ukraynanın paytaxtı Kiyev şəhərində silsilə partlayışlar baş verib. 
Ukrayna mətbuatı xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko məlumat verib. 
O, paytaxtının Svyatoşinski rayonunda partlayış baş verdiyini açıqlayıb. Mer, həmçinin yaşayış binalarından birinin həyətində avtomobillərin yandığını deyib.
İki nəfərin partlayışlar nəticəsində həlak olduğu barədə də məlumatlar var. 
Qeyd edək ki, bu gecə Kiyevdə daha bir partlayış baş vermişdi. 
Gundelik-Baku.Org