ABŞ-də təcili yardım təyyarəsi düşdü: Ölənlər var

ABŞ-də təcili yardım təyyarəsi düşdü: Ölənlər var
ABŞ-ın Nevada ştatında “Care Flight” şirkətinin təcili yardım təyyarəsinin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb.
Şirkətin qərargahı təyyarələrdən birinin ərazidə qəzaya uğradığını təsdiqləyib.
“Mərkəzi Lyon Yanğınsöndürmə İdarəsi təyyarədə olan 5 nəfərdən heç birinin sağ qalmadığını təsdiqləyib”, - şirkətdən bildirilib.
Məlumata görə, təyyarədə pilot, tibb bacısı, feldşer, xəstə və onun ailə üzvü olub.
Hadisənin səbəbləri barədə məlumat verilmir. Davam edən araşdırmaya görə, “Care Flight” şirkəti bütün uçuşları müvəqqəti olaraq dayandırıb.
Mənbə: iz.ru
Gundelik-Baku.Org