Rusiyada yanğın yerinə gedən FHN rəisi qəzaya düşdü

Rusiyada yanğın yerinə gedən FHN rəisi qəzaya düşdü
Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsinin rəisi vəzifəsini icra edən Yuri Tkaçenko qəzaya düşüb. 
TASS xəbər verir ki, o, sürücüsü ilə paytaxtın mərkəzində yanğın yerinə gedərkən qəza törədib. Qəzadan sonra onlar Sklifosovski adına Təcili Tibbi Yardım İnstitutuna aparılıblar. Məlum olub ki, Tkaçenkonun ayağı sınıb.
Qəzanın baş vermə səbəbləri araşdırılır. 
Qeyd edək ki, ötən gecə Moskvada MKM mehmanxanasında baş verən yanğın nəticəsində ikisi uşaq olmaqla 6 nəfər ölüb, 9 nəfər yaralanıb.
Gundelik-Baku.Org