Təyyarədə uşaq doğuldu, həkim də, tibb bacısı da tapıldı

Təyyarədə uşaq doğuldu, həkim də, tibb bacısı da tapıldı
Rusiyada hamilə qadın təyyarədə uçuş zamanı doğuş edib.
Xarici media xəbər verir ki, doğum prosesi Jukovski-Xucənd reysi zamanı Ural Hava Yollarının göyərtəsində qeydə alınıb.
Təyyarə havaya qalxdıqdan sonra sərnişin qarnında ağrı hiss edib və bu barədə heyətə məlumat verib. Böyük stüardessa göyərtədə həkim olub-olmadığını bilmək üçün müraciət edib.
Bir an sonra isə inanılmaz şəkildə, göyərtədə sanki doğum evi qurulub. Belə ki, salonda bir neonatoloq, iki mama tibb bacısı və hətta bir radioloq var imiş. Tibb işçiləri vəziyyəti qiymətləndirərək, lazımi hərəkət kursu barədə razılığa gəliblər. Beləcə həkimlərin gördükləri tədbir nəticəsində 1 saat sonra qız uşağı sağlam doğulub.
Onun boyu 46 sm, çəkisi 2600 qramdır. Təyyarə eniş edən kimi ananı təcili tibbi yardım maşını xəstəxanaya aparıb. Məlumata görə, onlar artıq xəstəxanadan buraxılıblar, hər ikisinin vəziyyəti yaxşıdır.
Gundelik-Baku.Org