Paşinyan və Olaf Şolts görüşəcək - YENİLƏNİB

Paşinyan və Olaf Şolts görüşəcək - YENİLƏNİB
Ermənistanın baş naziri Nikol Paşinyanın Almaniyaya səfəri çərçivəsində kansler Olaf Şoltsla da görüşü planlaşdırılıb. 
Bu barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumat yayıb. 
Qeyd edək ki, Paşinyan martın 2-3-də Almaniyaya gedəcək. Onun prezident Frank-Valter Ştaynmayerlə və digər görüşləri də planlaşdırılır.
23.02.2023 / 19:02
Martın 3-də Almaniya prezidenti Frank-Valter Ştaynmayer Ermənistanın baş naziri Nikol Paşinyanı Berlindəki Bellevue qəsrindəki iqamətgahında qəbul edəcək.
Bu barədə Almaniya prezidentinin mətbuat xidməti məlumat verib. Mənbə danışıqların gündəliyi barədə ətraflı məlumat vermir.
Ermənistan hökuməti hələlik gözlənilən səfərlə bağlı məlumat verməyib. Paşinyan sonuncu dəfə Berlinə 44 günlük müharibədən əvvəl səfər etmişdi.
Bu ay xarici işlər naziri Ararat Mirzoyan Almaniyanın paytaxtına səfər edib, burada almaniyalı həmkarı, kanslerin xarici və təhlükəsizlik siyasəti üzrə müşaviri Olaf Şolz və Bundestaqın nümayəndələri ilə görüşlər keçirib.
Gundelik-Baku.Org