Mirzoyan Rusiyanın Ermənistandakı səfiri ilə görüşdü

Mirzoyan Rusiyanın Ermənistandakı səfiri ilə görüşdü
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fevral ayının 2-də Rusiyanın bu ölkədəki səfiri Sergey Kopırkin ilə görüşüb. 
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, siyasətçilər regional təhlükəsizlik və sabitlik məsələlərini müzakirə edib. Qeyd olunur ki, tərəflər Ermənistan-Rusiya münasibətləri ilə bağlı məsələlərə də baxıblar.
Gundelik-Baku.Org