Mirzoyan bu gün Türkiyədə Çavuşoğlu ilə görüşəcək

Mirzoyan bu gün Türkiyədə Çavuşoğlu ilə görüşəcək
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Türkiyəyə səfər edəcək. 
“Report” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, o, zəlzələdən zərər çəkmiş bölgələrdə fəaliyyət göstərən Ermənistanın axtarış-xilasetmə qrupunun üzvləri ilə görüşəcək, türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlar aparacaq. 
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan Ermənistandan Türkiyəyə humanitar yardımın ikinci partiyasının göndərildiyini bildirib. 
“Dünən gecə saatlarda humanitar yardımın ikinci partiyası ilə yüklənmiş yük maşınları Marqara körpüsü ilə Ermənistan-Türkiyə sərhədindən keçib”, - Hunanyan tviterdə yazıb. 
Gundelik-Baku.Org