Belarusda edam cəzası ikinci oxunuşda qəbul edilib

Belarusda edam cəzası ikinci oxunuşda qəbul edilib
Belarusda parlamentində dövlətə xəyanətə görə məmurların edam edilməsinin mümkünlüyü haqqında qanun layihəsi ikinci - yekun oxunuşda qəbul edilib. 
Bu barədə respublika parlamentinin aşağı palatasının mətbuat xidməti məlumat yayıb.
Qanun layihəsinin qüvvəyə minməsi üçün parlamentin yuxarı palatası onu təsdiq etməli və prezident tərəfindən imzalanmalıdır.
"Qanun layihəsində "Dövlətə xəyanət" maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş dövlət vəzifəsini tutan vəzifəli şəxslərə və hərbi qulluqçu statusuna malik şəxslərə qarşı müstəsna cəza tədbiri kimi ölüm hökmünün tətbiqi imkanları nəzərdə tutulub", - məlumatda deyilir. 
Gundelik-Baku.Org