Rusiyada yeni qanun layihəsi təklif edildi: Uşaqlara 14 yaşından işləməyə icazə veriləcək

Rusiyada yeni qanun layihəsi təklif edildi: Uşaqlara 14 yaşından işləməyə icazə veriləcək
Rusiya Parlamentinin Aşağı Palatası Əmək Məcəlləsinə dəyişiklik etməyi təklif edib.
Noyabrın 10-da Dövlət Dumasına yeni qanun layihəsi təqdim edilib.
Layihəyə görə, uşaqlar 14 yaşından etibarən işləmək hüququna malik olacaqlar. Həmçinin bunun üçün qəyyumluq orqanları ilə razılaşdırılmaya ehtiyac olmayacaq.
Müvafiq sənəd Dövlət Dumasının saytında dərc olunub.
Bununla bağlı Rusiya Federasiyası Əmək Məcəlləsinin 63-cü maddəsinə düzəliş ediləcək. Qanun layihəsi qəbul edildikdən sonra valideynlərdən birinin və ya qanuni nümayəndənin razılığı kifayət edəcək.
Parlamentarilərin sözlərinə görə, qanunvericilik dəyişiklikləri “yetkinlik yaşına çatmayanların məşğulluğunda məhdudiyyətlərin və maneələrin aradan qaldırılması, izafi normaların istisnası, həmçinin yetkinlik yaşına çatmayanların məşğulluq səviyyəsinin yüksəldilməsi məqsədilə” qəbul edilir.
Mənbə: Forpost-sz.ru
Gundelik-Baku.Org