İndoneziya nikahdan kənar münasibətə görə həbs cəzası verəcək

İndoneziya nikahdan kənar münasibətə görə həbs cəzası verəcək
İndoneziya parlamenti nikahdankənar münasibəti bir ilədək həbs cəzası ilə cəzalandıran yeni cinayət məcəlləsinə düzəlişi təsdiqləyib.

İndoneziyada nikahdankənar munasibətə görə bir ilə qədər həbs cəzasını nəzərdə tutan yeni cinayət məcəlləsinə düzəliş parlament tərəfindən qəbul edilib. Dəyişiklik həmçinin dövlət başçısını və ya dövlət qurumlarını təhqir etməyi və İndoneziyanın dövlət ideologiyasına zidd olan hər hansı fikir bildirməyi qadağan edir. 

Hüquq və insan haqları nazirinin müavini Edvard Hiariej bəyan edib ki, parlamentin qəbul etdiyi qanuna düzəlişin həyata keçirilməsi üçün dövlət başçısı tərəfindən imzalanmalıdır.
Gundelik-Baku.Org