"Siyasi partiyalar haqqında" qanun layihəsi sonuncu oxunuşda müzakirə olunur

"Siyasi partiyalar haqqında" qanun layihəsi sonuncu oxunuşda müzakirə olunur
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi sonuncu oxunuşda müzakirəyə çıxarılıb.
Layihə barədə Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli məlumat verib.
O, layihənin hazırlanmasında dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənildiyini, ölkənin siyasi sisteminin və milli xüsusiyyətlərinin, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələrinin nəzərə alındığını bildirib.
Qeyd edilib ki, yeni qanun layihəsi 6 fəsil, 30 maddədən ibarətdir.
Gundelik-Baku.Org