Dövlət Gömrük Komitəsinin səlahiyyətlərindən biri ləğv olunur

Dövlət Gömrük Komitəsinin səlahiyyətlərindən biri ləğv olunur
Dövlət Gömrük Komitəsinin beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə dövlət sərhədinin buraxılış məntəqələrində qanunvericiliyə uyğun olaraq icazə blanklarının verilməsi səlahiyyəti ləğv olunur.
Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında Gömrük Məcəlləsinə dəyişiklik edilib.
Təklif olunan dəyişikliklə bağlı olaraq icazə blanklarının verilməsinə görə dövlət rüsumunun da ləğv olunması nəzərdə tutulur. Bu isə “Dövlət rüsumu haqqında” qanun dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Yeniliyin bu il martın 1-dən tətbiq olunması planlaşdırılır.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.
Gundelik-Baku.Org