Aİ müşahidəçiləri gələn həftə İrəvana gedəcək

Aİ müşahidəçiləri gələn həftə İrəvana gedəcək
Gələn həftə Aİ Ermənistana 100 nəfərlik missiya göndərəcək.
Bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib.
“Baş nazir Nikol Paşinyanla görüşməyimə şad oldum. Aİ Ermənistanın sadiq tərəfdaşıdır. Gələn həftə Avropa İttifaqı sülh və sabitliyi təşviq etmək üçün 100 nəfərlik missiya göndərəcək. Biz demokratik islahatlar üzrə əldə edilən irəliləyişi alqışlayırıq və İqtisadi İnvestisiya Planımızın potensialına əsaslanmağa davam edəcəyik”, - deyə fon der Leyen tvitində yazıb.
Xatırladaq ki, Aİ missiyasının göndərilməsi məsələsi 2022-ci ilin sentyabrında Azərbaycanın Ermənistana təcavüzündən sonra yaranıb.
Avropa İttifaqı Ermənistana, Ermənistan-Azərbaycan sərhədinə mülki missiyanın göndərilməsinə razılıq verib.
Gundelik-Baku.Org