Aİ-nin sərhəd müşahidəçiləri İrəvana gəldi

Aİ-nin sərhəd müşahidəçiləri İrəvana gəldi
Bu gün Aİ müşahidəçilərinin qabaqcıl qrupu İrəvana gəlib.
Bu barədə Aİ-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar öz "Twitter" səhifəsində yazıb:
"27 üzv dövlət Ermənistanın müraciətinə cavab vermək üçün sürətlə hərəkətə keçdi. Aİ-nin missiyasının yerləşdirilməsinin məqsədi vəziyyəti izləmək və Ermənistan və Azərbaycan arasında münasibətlərin sabitləşməsinə kömək etmək olacaq".
Gundelik-Baku.Org