Qaribaşvili İrəvanda Paşinyanla görüşdü - YENİLƏNİB

Qaribaşvili İrəvanda Paşinyanla görüşdü - YENİLƏNİB
Gürcüstanın baş naziri İrakli Qaribaşvili yanvarın 12-də Ermənistana işgüzar səfər edib. 
Baş nazir Ermənistan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 12-ci iclasında iştirak edəcək.
Zvartnots Beynəlxalq Hava Limanında Gürcüstan nümayəndə heyətini Ermənistan hökumətinin baş nazirinin müavini Tiqran Xaçatryan, Ermənistanın Gürcüstandakı səfiri Aşot Smbatyan və Gürcüstanın Ermənistandakı müvəqqəti işlər vəkili İrakli Kvançaxadze qarşılayıblar.
Qeyd edək ki, Ermənistan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 11-ci iclası 2021-ci ilin dekabrında Tbilisidə keçirilib. 
xxx
10:58
Gürcüstan Baş naziri İrakli Qaribaşvili bu gün Ermənistana səfər edəcək.
Xarici KİV xəbər verir ki, o, Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.  
Həmçinin,  tərəflər arasında  Ermənistan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək.



Gundelik-Baku.Org