XİN rəhbəri Aİ ilə Azərbaycan arasındakı strateji əməkdaşlıqdan danışıb

XİN rəhbəri Aİ ilə Azərbaycan arasındakı strateji əməkdaşlıqdan danışıb
"Avropa İttifaqı (Aİ) Azərbaycanın ən böyük ticarət və investisiya tərəfdaşıdır. Aİ ilə Azərbaycan arasında strateji əməkdaşlıq əlaqələri mövcuddur".
Bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
Nazir Azərbaycanın Aİ ilə nəqliyyat-logistika və enerji sahəsində əməkdaşlığının artmaqda olduğunu vurğulayıb:
“Eyni zamanda, hərtərəfli münasibətləri tənzimləyən Aİ ilə Azərbaycan arasında əməkdaşlıq müqaviləsi üzərində də iş davam edir. Sazişin hazırlıq səviyyəsi kifayət qədər yüksəkdir. Mövcud olan əməkdaşlığın səviyyəsindən məmnunuq”.
Gundelik-Baku.Org