Ai və NATO əməkdaşlığı genişləndirir

Ai və NATO əməkdaşlığı genişləndirir
NATO və Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynaya müdaxiləsindən sonra əməkdaşlığı intensivləşdirməyi planlaşdırır.
Bu barədə təşkilatların sabah açıqlanacaq birgə bəyanatında deyilir. Bəyanatın mətni AFP tərəfindən açıqlanıb.
Sənədə əsasən, Aİ və NATO tərəfdaşlığı yeni səviyyəyə çıxarmağı planlaşdırır. Bu əməkdaşlıq “geostrateji rəqabətə” qarşı mübarizədə, kritik infrastrukturun qorunmasında və kosmosda təhlükələrlə, eləcə də yeni texnologiyalardan irəli gələn təhlükələrlə mübarizədə ifadə olunacaq.
Bildirilir ki, sabah, yanvarın 10-da NATO-nun baş katibi Yens Stoltenberq, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Leyen əməkdaşlığın genişləndirilməsi haqqında bəyannamə imzalayacaqlar.
Qeyd edək ki, Aİ-yə daxil olan 27 ölkədən 21-i artıq NATO-nun üzvüdür. 
Gundelik-Baku.Org