Rusiyada ova gedən deputat tüfənglə adam ÖLDÜRDÜ

Rusiyada ova gedən deputat tüfənglə adam ÖLDÜRDÜ
"Vahid Rusiya"nın Tuva Ali Xuralının deputatı ov edərkən bir nəfəri güllələyib.
Rus mətbuatı xəbər verir ki, deputat Eçis-Baldır Nurzat iki dostu ilə Narın kəndi yaxınlığında ova gedib. 
Bildirilir ki, deputat  100-150 metr məsafədə dürbündə bir obyekt görüb və tüfənglə atəş açıb. Ovçular maşınla yerə çatanda güllə yarası almış bir kişi meyitini görüblər.
Deputat polisə bu barədə özü məlumat verib.  Eçis-Baldıra qarşı “Ehtiyatsızlıqdan ölümə səbəb olma” maddəsi ilə cinayət işi açılıb. Araşdırma aparılır. 
Gundelik-Baku.Org