Rusiyanı dəstəkləyən deputat parlamentdən çıxarıldı

Rusiyanı dəstəkləyən deputat parlamentdən çıxarıldı
Qazaxıstanlı deputat Rusiyanın Ukraynaya hərbi müdaxiləsini dəstəklədiyi üçün parlamentdən çıxarılıb. 
Bu barədə "Reuters" agentliyi məlumat verib. 
Məlumata görə, deputat Azamat Abildayev Rusiyanın Ukraynada "xüsusi hərbi əməliyyat" adlandırdığı müharibəni dəstəkləyib və Kiyev hökumətini "nasistlər" adlandırıb. 
Abildayevin mənsub olduğu "Ak Yol" partiyası bildirib ki, iclasda onun fikirləri müzakirə edilib: "Partiyamız Mərkəzi Seçki Komissiyasından onun deputat mandatının ləğvini xahiş edib".
Qeyd edək ki, "Ak Yol" formal olaraq müxalifət partiyası olsa da, əsas məsələlərdə hökumətin xəttini izləyir.
Gundelik-Baku.Org