Rusiyada eks-deputata cinayət işi açıldı

Rusiyada eks-deputata cinayət işi açıldı
Rusiya Dövlət Dumasının keçmiş deputatı İlya Ponomarevə Rusiya Silahlı Qüvvələrinin istifadəsinə dair saxta məlumatların yayılması maddəsi ilə cinayət işi açıb.
TASS xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi nəlumat yayıb.  
"Eks-deputata Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3 maddəsi ilə cinayət işi açılıb", - məlumatda qeyd olunub. 
Həmçinin, bildirilir ki, bu işdə “Rusiyanın yeddi şəhərində bir sıra Telegram kanallarının administratorları və Moskvanın keçmiş bələdiyyə deputatları üzərində axtarışlar aparılır”.
Bununla yanaşı, oktyabrın 21-də Rusiya Ədliyyə Nazirliyi Ponomaryevi xarici agentlərin reyestrinə daxil edib.
Gundelik-Baku.Org