Hindistanda polis səhiyyə nazirini güllələyib öldürdü

Hindistanda polis səhiyyə nazirini güllələyib öldürdü
Hindistanın şərqindəki Odişa əyalətinin səhiyyə naziri Naba Kişore Das bazar günü bir neçə güllə yarası alaraq xəstəxanada ölüb.
Bu barədə yaralının aparıldığı Bhubaneşvardakı “Apollo” xəstəxanasından məlumat verilib.
Həkimlərin sözlərinə görə, güllə nazirin ürəyinə dəyib və daxili qanaxmaya səbəb olub.
Bazar günü günortadan sonra polisin köməkçi müfəttişi Qopal Das 61 yaşlı nazir avtomobilindən düşərkən ona çoxsaylı atəş açıb. Atəş açan şəxs dərhal həbs edilib. Hadisənin motivləri hələ aydın deyil.
Mənbə: TASS
Gundelik-Baku.Org