Ermənistanda bir gündə 2 deputat istefa verdi

Ermənistanda bir gündə 2 deputat istefa verdi
Ermənistanda daha bir müxalifətçi deputat mandatından istefa verib. 
Bu barədə deputat Sayat Şirinyan ərizəsini təqdim edib. 
"Mən bu gün Milli Məclisin deputat mandatından imtina etməyimlə bağlı ərizəmi MSK-ya vermişəm. Məni parlamentdə görmək istəyən bütün həmvətənlərimdən üzr istəyirəm, eyni zamanda şəxsi qərarıma hörmətlə yanaşmağı xahiş edirəm. Lazımsız spekulyasiyaların qarşısını almaq üçün sizə bildirirəm ki, mən prezident Köçəryanın komanda yoldaşı olmuşam və olacam", - Şirinyan açıqlayıb. 
xxx
14:43
Ermənistan Parlamentində "Dirçələn Ermənistan" partiyasından olan deputat istefa verib. 
Bu barədə deputat Mariya Petrosyan özü açıqlama yayıb. 
O, artıq bununla bağlı ərizə verdiyini bildirib. Petrosyan parlamentdə müzakirə edilən mövzuların süni şəkildə olduğunu və xalqın üzləşdiyi problemlərlə heç bir əlaqəsi olmadığını qeyd edib. 
  • Ermənistanda bir gündə 2 deputat istefa verdi
Gundelik-Baku.Org